Rusiya Liberal Demokrat Partiyasının (LDPR) qurucusu Vladimir Jirinovskinin daha bir proqnozu yayımlanıb.
Turkustan.az xəbər verir ki, bununla bağlı Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışov paylaşım edib. O, Jirinovskinin 12 dekabr 2017-ci il tarixli qeydlərini bölüşüb.
“Avropa Adolf Hitleri SSRİ-yə qarşı doldurdu, amma o, məhz bu bölgəni qana boyadı. İndi Qərb Ukraynanı Rusiyaya qarşı döyüşmək üçün dəstəkləyir. Lakin Kiyevdə canlanan nasizm Avropanın özünə zərər vuracaq”, – deyə LDPR lideri vaxtikən bildirib.
Çernışov son hadisələr fonunda bunu dərc etmək qərarına gəldiyini vurğulayıb:
“2017-ci ildə yazılıb, amma indiki vəziyyətlə uzlaşır.Bu, öncəgörmə deyil, dövrümüzün ən böyük şəxslərdən birinin sərt və doğru proqnozudur”./Globalinfo.az