AZ

Bu il Novruz və Ramazan bayramları ilə əlaqədar 12 qeyri-iş günü olacaq - YENİLƏNİB

Bu il Ramazan bayramı iləəlaqədar 3 gün qeyri-iş günü olacaq.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, bu il martın 30, 31-i Ramazan bayramıdır.

Martin 30-u bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəllsəinə əsasən, 1 aprel qeyri-iş günü olmalı idi.

Beləliklə, Nazirlər Kabinetinin son qərarından sonra 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30 və 31 mart tarixləri qeyri-iş günü olacaq.

***

saat 12.28

Bu il Novruz bayramında 11 gün qeyri-iş günü olacaq.

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinin 11 dekabr 2024-cü il tarixli qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Bu il 22 və 23 mart tarixləri bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 25 və 26 mart qeyri-iş günü olacaq.

Nazirlər Kabinetinin bugünkü qərarına əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.

Beləliklə, 29 və 30 mart tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyindən, bu il Novruz bayramında 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29 və 30 mart tarixləri qeyri-iş günü olacaq.

Seçilən
26
10
apa.az

10Mənbələr