AZ

Bu 5 ölkə Ukrayna torpaqlarını ələ keçirmək istəyir

Yazını böyüt
Yazını kiçilt

Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan Ukrayna torpaqlarının ilhaqı ilə bağlı ideyaları özündə saxlayır.

Axar.az xəbər verir ki, bunu ukraynalı siyasətçi, Ukraynada fəaliyyəti qadağan edilmiş “Müxalifət platforması – Həyat naminə” partiyasının keçmiş lideri Viktor Medvedçuk deyib.

“Məlumdur ki, Polşa, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstan kimi Avropa Birliyinin ayrı-ayrı ölkələri uzun müddətdir ki, süni şəkildə müasir Ukraynaya daxil edilmiş ayrı-ayrı Ukrayna torpaqlarının ilhaqı ideyasını irəli sürürlər. Bu ölkələrin siyasətçiləri tarixi əsası və məqsədəuyğunluğu olan bu ideyaları öz hökumətlərinə həyata keçirməyi dəfələrlə dilə gətiriblər və hətta qəti şəkildə tövsiyə ediblər”, - Medvedçuk qeyd edib.

Seçilən
9
1
hafta.az

2Mənbələr