AZ

HAMAS azad etdiyi daha 3 nəfəri Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib - YENİLƏNİB - VİDEO

HAMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri - Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verib.

APA yerli mətbuata istinadən xəbər verir ki, proses insidentsiz baş tutub.

S. Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.

Növbəti mərhələdə onlar İsrailə aparılacaq.

Xatırladaq ki, Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.

HAMAS ilə razılaşma çərçivəsində İsrail bu gün 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

12:23

Rusiya vətəndaşı da daxil olmaqla, HAMAS-ın əlində olan girovların təhvil verilməsi prosesi başlayıb.

APA yerli mediaya istinadən xəbər verir ki, proses televiziya kanalları vasitəsilə yayımlanır.

HAMAS İsrail ilə mübadilə razılaşmasının 6-cı raundu çərçivəsində daha 3 nəfəri - - Aleksandr Trupanov, Sagi Dekel-Chen və Yair Hornu Beynəlxalq Qızıl Xaç Komitəsinə təhvil verəcək.

S. Dekel-Chen Qəzzada saxlanılan sonuncu Amerika- İsrail vətəndaşlarından biridir. Aleksandr Trupanov isə rusiyalıdır.

Onlar İsrail Müdafiə Qüvvələrinə təhvil verildikdən sonra İsrailə aparılacaq.

Bu, İsrail-HAMAS arasında girov-məhbus mübadiləsinin 6-cı mərhələsidir. Yanvarın 19-da Qəzza zolağında atəşkəs əldə olunandan bəri 18 girov (13 İsrail və 5 Tailand vətəndaşı) azad edilib.

Qeyd edək ki, HAMAS ilə razılaşma çərçivəsində İsrail bu gün 369 fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

Seçilən
3
4
apa.az

5Mənbələr