AZ

Soltan Məmmədov: Azərbaycanda borcların idarə edilməsi üzrə institusional baza təkmilləşdirilib

Parlamentlər Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün çox mühüm məsələ olan dövlət borcuna nəzarət edilməsini diqqət mərkəzində saxlamalıdır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Soltan Məmmədov Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə BMT-nin Baş Qərargahında keçiirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda parlament dinləmələrində çıxışında deyib.

Soltan Məmmədov qeyd edib ki, Azərbaycanın xarici dövlət borcu ölkənin ÜDM-nin 6,9%-ni təşkil edib. "Əvvəlki illə müqayisədə xarici dövlət borcu 20,1% azalıb. Bu, həm də dünya ölkələri arasında ən yaxşı göstəricilərdən biridir".

Deputat bildirib ki, Azərbaycanda həm daxili, həm də xarici borcların ödənilməsi üçün makroiqtisadi sabitliyin qorunması, qiymətlərin aşağı və sabit saxlanılması üçün bir sıra tədbirlər həyata keçirilib. Borcların idarə edilməsi üzrə institusional baza təkmilləşdirilib, maliyyə bazarlarının səmərəli fəaliyyəti təmin edilib: "Nəticədə, iqtisadi proqnozlar özünü doğrultdu və ən əsası investisiya axını reallaşarkən vətəndaşların əmanətləri amortizasiyadan qorundu. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”da qarşıya qoyulan vəzifələr uğurla reallaşdırılıb".

Qeyd edək ki, Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova və Milli Məclisin deputatı Soltan Məmmədov Parlamentlərarası İttifaqın və BMT Baş Assambleyası prezidentinin birgə təşəbbüsü ilə “Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyətin genişləndirilməsi: Maliyyə, İnstitutlar və Siyasət” mövzusunda BMT-nin Baş Qərargahında keçirilən parlament dinləmələrində də iştirak edirlər. Dinləmələrə 60-dan çox ölkənin parlamentariləri, məsləhətçi və ekspertləri daxil olmaqla 300-ə yaxın iştirakçı qatılıb.

Soltan Soltan Soltan Soltan Soltan Soltan
Seçilən
6
2
apa.az

3Mənbələr