Futbol üzrə Azərbaycan milli komandasının sabiq üzvü Rüfət Dadaşov Almaniyada növbəti dəfə fərqlənib.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı hücumçu şərəfini qoruduğu "Dinamo"nun (Berlin) heyətində "Herta"nın U-23 komandası ilə yoldaşlıq görüşündə fərqlənib. Ancaq həmyerlimizin qolu Berlin təmsilçisinə kifayət etməyib. Yekunda "Dinamo" 1:2 hesabı ilə uduzub.
Qeyd edək ki, Rüfət Dadaşovun klubu Almaniya çempionatının 3-cü liqasının şimal-şərq regionunda mübarizə aparır. Komanda 21 turdan sonra 33 xalla 4-cü yerii tutur.
Xatırladaq ki, vaxtilə yığmamızın əsas heyət üzvü olan Rüfət ölkəmizin bir nömrəli komandasında 24 görüşdə 5 dəfə fərqlənib.