Yeddilik Qrupunun (G7 - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin növbəti görüşü 12-14 mart tarixləri arasında Kanadada keçiriləcək.
APA xəbər verir ki, bu barədə Yeddilik Qrupunun xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda deyilir.
“Böyük yeddiliyin xarici işlər nazirləri martın 12-dən 14-dək Kanadanın Kvebek ştatının Şarlevua şəhərində görüşməyi səbirsizliklə gözləyirlər”, - sənəddə deyilir.
Qeyd edək ki, 2025-ci ildə G7-yə Kanada sədrlik edir. Şarlevua şəhəri 2018-ci ildə G7 sammitinə ev sahibliyi edib.