Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında 24-cü turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
24-cü turun görüşləri fevralın 22-də, 23-də və 24-də keçiriləcək.
Əvəzedicilər Liqası
24-cü tur
22 fevral
“Neftçi-2” – “Sumqayıt-2”
“Neftçi Futbol Mərkəzi” (4-cü meydança), 15:00.
23 fevral
“Araz-Naxçıvan-2” – “Səbail-2”
Binə qəsəbə stadionu, 14:00.
“Qarabağ-2” – “Sabah-2”
Bakı. “Azersun Arena”, 15:00.
24 fevral
“Zirə-2” – “Kəpəz-2”
Binə qəsəbə stadionu, 14:00.
“Şamaxı-2” – “Turan Tovuz-2”
Şamaxı şəhər stadionu, 14:30.