AZ

“Neftçi Arena”da turun mərkəzi oyunu

style='margin-bottom:10px;'>

Misli Premyer Liqasında 23-cü tur davam edir. 

QOL.az xəbər verir ki, bu gün turun mərkəzi oyununda “Neftçi” öz meydanında "Qarabağ”ı qəbul edəcək. 

Hazırda Ağdam klubu 53 xalla çempionatın vahid lideridir. “Neftçi” isə 24 xalla altıncı pillədə qərarlaşıb. 

2025-ci ilə uğursuz start verən “Qarabağ” son turda “Səbail”i darmadağın edib. “Ağ-qaralar” isə mövsümdə ilk dəfədir kubok da nəzərə alınmaqla ardıcıl 3 görüşdə qələbə qazanıb. “Neftçi”nin uğurlu seriyasını ağdamlılarla matçda da davam etdirib-etdirməyəcəyi maraqla gözlənilir. 

Son illər olduğu kimi, cari mövsümdə də Qurban Qurbanovun komandasının əzəli rəqib önündə aşkar üstünlüyü var. Mövsümün birinci hissəsində bu iki komanda arasında keçirilən görüşlərdə “Qarabağ” 4:0 və 3:0 hesabı ilə qələbə qazanıb.

Misli Premyer Liqası

3-cü dövrə, 23-cü tur

16 fevral 

19:00. “Neftçi” - “Qarabağ”
Hakimlər:
Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
“Neftçi Arena”

16:00. “Turan Tovuz” - “Araz-Naxçıvan”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu

17 fevral 

16:00. “Kəpəz” - “Şamaxı”

19:00. “Səbail” - “Sabah”

15 fevral 

“Sumqayıt” - “Zirə” - 0:3

Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Cesse Sekidika ("Sabah") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Seçilən
33
5
teleqraf.com

10Mənbələr