AZ

Kelloq müttəfiqlərini Rusiya-Ukrayna danışıqları taktikası ilə tanış edib

ABŞ Prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq avropalı müttəfiqlərinə Rusiya-Ukrayna müharibəsi üzrə danışıqların taktikası barədə məlumat verib.

“Report” “TVP İnfo” telekanalına istinadən xəbər verir ki, bunu Polşa xarici işlər naziri Radoslav Sikorski bildirib.

"Kelloq şəxsən mənə və bəzi avropalı müttəfiqlərinə ABŞ-nin danışıqlar taktikasını təqdim etdi. Onları burada açıqlamayacağam. Onlar müəyyən ümidlər doğurur. Biz onlara uğurlar arzulayırıq", - Sikorski vurğulayıb.

Seçilən
28
4
report.az

5Mənbələr