AZ

Kişi arvadı və gəlininə qumbara atıb - Goranboy


Goranboyda 38 yaşlı qadın ailə münaqişəsi zəminində yaralanıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Vəfa Aslanova ailə münaqişəsi zəminində çox saylı qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Yaxınlarının dediyinə görə, qadının qayınatası 1957-ci il təvəllüdlü Zakir Namazov qadının yaşadığı evin önünə qumbara atıb. Nəticədə qadın qəlpə xəsarətləri alıb.
Qumbara atan 1957-ci il təvəllüdlü Namazov Zakir Mayıl oğlunun psixoloji problemləri olub. Belə ki, o partlayıcını səbəbsiz yerə həyətə atıb.

Qeyd edək ki, hadisə zamanı qadınla yanaşı onun qayınanası və uşaqları da həyətdə olublar.

Hadisə nəticəsində xəsarət alan 1986-cı il təvəllüdlü Aslanova Vəfa Şükür qızı Goranboy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Seçilən
30
10
bakupost.az

10Mənbələr