AZ

La Liqa: “Atletik” xal itirdi, “Sevilya” 4 qola sevindi

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 24-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də dörd qarşılaşma baş tutub.

İki qolun qeydə alındığı “Espanyol” – “Atletik” matçında komandalar hərəyə 1 xalla kifayətləniblər. “Malyorka” doğma meydanda “Las Palmas”a, “Betis” isə “Real Sosyedad”a qalib gəlib. “Valyadolid”in qonağı olan “Sevilya” da səfərdə darmadağına sevinib.

24-cü tura fevralın 17-də keçiriləcək “Barselona” – “Rayo Valyekano” oyunu ilə yekun vurulacaq.

İspaniya, La Liqa
24-cü tur
14 fevral

Jirona – Xetafe 1:2
Qollar: Y.Errera, 54 – Uçe, 3; Mayoral, 62.

15 fevral

Leqanes – Alaves 3:3
Qollar: Raba, 10-pen; 37-pen. Əl-Haddadi, 88 – K.Qarsiya, 25. J.Hordan, 50-pen; 68.

Osasuna – Real 1:1
Qollar: Budimir, 58-pen – Mbappe, 15.

Atletiko – Selta 1:1
Qollar: Sörlot, 81 – Aspas, 68-pen.

Vilyarreal – Valensiya 1:1
Qollar: Qeye, 32 – U.Sadiq, 84.

16 fevral

Espanyol – Atletik 1:1
Qollar: C.Fernandes, 62 – Sanset, 77.

Valyadolid – Sevilya 0:4
Qollar: X.Sançes, 5; 67. İ.Romero, 45+1. Lukebakio, 84.

Malyorka – Las Palmas 3:1
Qollar: Muriqi, 7; 28. D.Rodriqes, 35 – Bayçetiç, 62.

Betis – Real Sosyedad 3:0
Qollar: Antoni, 51. Roka, 64; 69.

17 fevral

00:00. Barselona – Rayo Valyekano

Seçilən
50
1
arena.az

2Mənbələr