AZ

Ukraynada prezident seçkiləri bu tarixdə keçirilə bilər

Ukraynada prezident seçkiləri 2025-ci il oktyabrın 26-da keçirilə bilər.

Yenicag.az xəbər verir ki, bunu ölkənin keçmiş prezidenti Pyotr Poroşenko açıqlayıb.

“Bu ilin oktyabrın 26-da”, – deyə Poroşenko jurnalistin Ukraynada seçkilərin nə vaxt keçirilə biləcəyi ilə bağlı sualını cavablandırıb.

Poroşenkonun sözlərinə görə, bu tarixi ona Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyasındakı və hüquq-mühafizə orqanlarındakı bəzi anonim mənbələr verib.

Ukrayna Konstitusiyasının müddəalarına görə, Zelenskinin prezidentlik müddəti 2024-cü il mayın 20-də başa çatıb. Seçkilər 2024-cü ilin martında keçirilməli idi, lakin prezident tərəfindən 2022-ci il fevralın 24-dən qüvvəyə minən Ukraynada hərbi vəziyyət elan edildiyi üçün seçkilər ləğv edildi./unikal

Seçilən
11
1
yenicag.az

2Mənbələr