AZ

İtaliya nəhəngi PSJ-nin istədiyi qapıçıyla anlaşdı - SON DURUM

"Milan" klubu əsas qapıçısı Mayk Menyanla yeni müqavilə barədə razılığa gəlib.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Xəbərə görə, müqavilənin müddəti 2029-cu ilə qədər olacaq. 

Fransalı qolkiper 2024/25 mövsümündə bütün yarışlarda 36 oyun keçirib və bu matçlarda 39 qol buraxıb, 11 görüşdə qapısını təmiz saxlayıb.

Qeyd edək ki, bundan əvvəl Donnarummanın mümkün gedişi fonunda PSJ-nin Menyanla bağlı "Milan"a transfer təklifi edəcəyi bildirilirdi.

Mirağa 

Seçilən
23
fanat.az

1Mənbələr