AZ

Zelenski Ukrayna üçün İsrail kimi təhlükəsizlik zəmanəti istəyir - ÖZƏL

Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Kiyevə çoxlu sayda raket, Avropa İttifaqına (Aİ) üzvlük, böyük ordu və müttəfiqlərindən İsrail kimi təhlükəsizlik zəmanəti lazımdır . 

Olaylar.az xəbər verir ki, o, bu barədə NBC News telekanalına müsahibəsində bildirib .

"Heç bir işğaldan əvvəl bir qabaqlayıcı addım olaraq böyük bir raket paketi istifadə edilməyəcək. Amma bunu etsələr, biz tez hərəkət edəcəyik. Onlar bizim ərazimizə yerləşdiriləcək", - Zelenski qeyd edib.

Ukrayna lideri əlavə edib ki, Ukrayna Avropa bazarına görə Aİ-yə üzvlükdə maraqlıdır. Onun sözlərinə görə, assosiasiyaya üzvlük ölkə üçün iqtisadi təminat rolunu oynayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
1
olaylar.az

2Mənbələr