Cari ilin yanvarın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,052 milyard avro təşkil edib. Bankın Azərbaycandakı portfelinə 33 layihə daxildir.
Portfel tərkibi:
- dayanıqlı infrastrukturun inkişafı – 92 faiz (964 milyon avro),
- korporativ sektor – 5 faiz (54 milyon avro),
- maliyyə institutları – 3 faiz (34 milyon avro).
195 layihə çərçivəsində bankın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 4,04 milyard avronu ötüb.
Mənbə: AYİB