AZ

AYİB-in ölkəmizdəki kredit portfeli 1 milyard avronu üstələyib

Cari ilin yanvarın 1-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı kredit portfeli 1,052 milyard avro təşkil edib. Bankın Azərbaycandakı portfelinə 33 layihə daxildir.

Portfel tərkibi:

- dayanıqlı infrastrukturun inkişafı – 92 faiz (964 milyon avro),

- korporativ sektor – 5 faiz (54 milyon avro),

- maliyyə institutları – 3 faiz (34 milyon avro).

195 layihə çərçivəsində bankın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 4,04 milyard avronu ötüb.

Mənbə: AYİB

Seçilən
13
vergiler.az

1Mənbələr