AZ

Şəmkirdə 42 yaşlı kişi bıçaqlanıb

Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, hadisə rayonun Qasımalılar kəndində qeydə alınıb. Kənd sakini 1983-cü il təvəllüdlü Namaz Cəfərov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Aynurə Cəfərova münaqişə zəminində həyat yoldaşına bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
22
5
sia.az

10Mənbələr