AZ

İlyas İsmayılov vəfat edib

İlyas

Mərkəzi Klinikada komaya düşən Ədalət Partiyasının sədri, sabiq baş prokuror İlyas İsmayılov bu gün vəfat edib.

Reyting.az 
xəbər verir ki, bu barədə onun gəlini, tanınmış jurnalist Sevil Nuriyeva məlumat yayıb: "Atam qədər sevdiyim, atam kimi əziz bildiyim, mənə Etimadın yadigarı olan İlyas İsmayılovu itirdik. Allah ruhunu şad etsin. Sevimli balasına qovuşacaq, onunla birlikdə yeri Cənnət olsun...".

Qeyd edək ki, sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alırdı.

İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.

Allah rəhmət eləsin!
Seçilən
29
1
reyting.az

2Mənbələr