AZ

“Fedya” vəfat etdi

1994-cü ildə Birinci Qarabağ müharibəsinin gedişində erməni silahlı birləşmələrinə əsir düşən və 1 ilə yaxın əsirlikdə qaldıqdan sonra qaçaraq xilas olmağı bacaran Famil Əliyev vəfat edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Famil Əliyevin yaxınları məlumat veriblər.

“Fedya” ləqəbli keçmiş döyüşçünün xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Qeyd edək ki, F.Əliyev barəsində sənədli film və çoxsaylı süjetlər çəkilib. O, erməni seperatçılarının mühakimə edildiyi məhkəmə prosesində zərərçəkmiş şəxs qismində iştirak edib.

Xəbər 5 dəfə oxunub.
Seçilən
0
19
xezernews.az

10Mənbələr