"Beşiktaş" futbolçusu Necip Uysalla yeni müqavilə imzalayıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı müdafiəçi ilə müqavilə 2027-ci ilin yayınadək nəzərdə tutulub.
N.Uysal 2008-2009-cu illər mövsümündən "Beşiktaş"ın formasını geyinir. Komandanın kapitanı olan Uysal İstanbul təmsilçisi ilə 4 dəfə Superliqanın, 4 dəfə ölkə kubokunun və 2 dəfə Türkiyə Superkubokunun qalibi olub.