AZ

AFFA “Qəbələ”nin məşqçisini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 14-cü turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.

Arena.az xəbər verir ki, 14-cü turun görüşlərində qayda pozuntularına aşağıdakı kimi hüquqi qiymətlər verilib:

“İmişli” – “Qəbələ” oyununun 49-cu dəqiqəsində “Qəbələ”nin məşqçisi Amil Ağacanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qəbələ” komandası buna görə 100 manat cərimə edilib. Oyunun 58-ci dəqiqəsində “İmişli”nin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “İmişli” komandasına xəbərdarlıq edilib.

“Zaqatala” – “Difai” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.

Seçilən
81
4
arena.az

4Mənbələr