AZ

Bu ölkədə zəlzələ səbəbindən məktəblər bağlandı

Egey dənizində həftələrdir ki, seysmik aktivliyə görə həyəcan siqnalı davam edir.

Publika.az xəbər verir ki, bununla bağlı Yunanıstanın baş naziri Kiryakos Miçotakis sosial media hesabından açıqlama verib.

O, seysmik aktivlikdən təsirlənən Egey dənizindəki Santorini, Yamurgi, Niyoz və Anafiya adalarında məktəblərin gələn həftə bağlı qalacağını açıqlayıb.

Seysmik aktivliyə görə fövqəladə vəziyyət elan edilən bu 4 adada son 2 həftə eyni səbəbdən təhsil dayandırılıb.

Seçilən
14
1
publika.az

2Mənbələr