AZ

Rusiya quqlu yenə cərimələdi

Rusiyada məhkəmə quqlu yutubda videoya girişi bloklamadığı üçün 3,8 milyon rubl (təxminən 42 min dollar) cərimələyib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, quqla qarşı açılan işə paytaxt Moskvada baxılıb.

Məhkəmə Rusiya əsgərləri üçün “təslim olma üsulları”nın yer aldığı videoya girişin yutubda bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib və platformanı cərimələyib.

Qeyd edək ki, quql əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi və Rusiyada yutuba giriş bloklanmışdı.

Seçilən
28
8
qafqazinfo.az

10Mənbələr