Gürcüstanın keçmiş baş naziri, müxalifətdə olan Gürcüstan Naminə Partiyasının lideri Georgi Qaxariya Tiflis hava limanında "yumurta hücumu"na məruz qalıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Qeyd olunur ki, insident siyasətçinin fevralın 14-dən 16-dək keçirilən Münhen Təhlükəsizlik Konfransından qayıdarkən baş verib.
İnternetdə yayımlanan görüntülərdə naməlum şəxslərin respublikanın keçmiş baş nazirinə bir neçə yumurta atması, daha sonra isə onun başqa istiqamətə getməsi əks olunub.