AZ

Avropa Ukraynada 25-30 min hərbçi yerləşdirə bilər

  Avropa Ukraynada 25-30 min hərbçi yerləşdirə bilər, lakin onlar təmas xəttində olmayacaqlar.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqı liderləri ilə “Ukraynaya dəstək məsələsində konkret planlar təyin etmək və mümkün hərbçi yerləşdirmək barədə konsensusa nail olmaq” üçün Parisdə görüş keçirir.

“Avropa planının son versiyası 20-30 min hərbçidən ibarət briqadanın yerləşdirilməsini nəzərdə tutur. Həmin qüvvələr təmas xəttində yerləşdirilməyəcək, lakin Rusiya müharibəni bərpa etmək istədiyi an güclərini nümayiş etdirəcəklər”, – qəzet mənbələrə istinadən yazır.//globalinfo.az   

Seçilən
27
referans.az

1Mənbələr