Vaşinqton, 18 fevral, AZƏRTAC
ABŞ-nin Kentukki ştatında güclü fırtına nəticəsində ölənlərin sayı 11-ə çatıb.
AZƏRTAC-ın məlumatına görə, qubernator Endi Beşir ştatda təbiət hadisəsindən zərər görmüş mindən çox insanın xilas edildiyini açıqlayıb. Fırtına nəticəsində Kentukki və Tennessi ştatlarında 20, Virciniyada isə 12 sm yağıntı düşüb.
Şimali Karolina, Qərbi Virciniya, Merilend və Nyu-Cersi ştatlarında küləyin sürəti saatda 112 kilometrdən çox olub. Şimal-şərqdə güclü küləklərin daha 2 gün davam edəcəyi proqnozlaşdırılır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton