AZ

İtaliya limanında neft tankerində iki partlayış baş verib

Bakı. Trend:

İtaliyanın Savona şəhərinin limanında dayanmış "Seajewel" nefttankerində iki güclü partlayış qeydə alınıb.

Trend xəbər verirki, bu barədə Fatto Quotidiano qəzeti məlumat yayıb.

Məlumata görə, Malta bayrağı altında üzən gəmi fevralın 14-dəƏlcəzairdən Savonaya gəlib. Corriere della Sera nəşri bildirir ki,tankerin ekipajı neftin boşaldılması zamanı baş verən partlayışlarbarədə məlumat verib. Daha sonra gəminin gövdəsində dəlik aşkaredilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb, neft sızması qeydəalınmayıb. Fatto Quotidiano yazır ki, Savona prokurorluğu hadisəninmüxtəlif ehtimallarını – texniki nasazlıq, toqquşma və ya döyüşsursatının partlaması versiyalarını araşdırır.

Liman rəhbərliyi neftin boşaldılması zamanı bəzi anomaliyalarınmüşahidə edildiyini və hazırda gəmidə texniki yoxlamalarınaparıldığını bildirib.

Seçilən
27
az.trend.az

1Mənbələr