AZ

Azərbaycanda orta aylıq əməkhaqqı 8,1% artıb

2024-cü ilin ilkin məlumatlarına görə, Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə 8,1% artaraq 1 009 manat olub.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft-qaz sektorunda orta aylıq əməkhaqqı 3 729  manat, qeyri-neft sektorunda isə 959  manat təşkil edib.

Dövlət müəssisələrində çalışanların orta maaşı 975 manat, özəl sektorda isə 1 044 manat olub. Ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınıb – bu sahədə çalışanlar orta hesabla 3 564 manat əməkhaqqı alıblar. 

Ən aşağı maaş kənd, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb - bu sahədə çalışanlar isə orta hesabla  589 manat əməkhaqqı alıblar.

Maya Hüseynova

Seçilən
14
2
valyuta.az

3Mənbələr