AZ

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşıma artıb

Orta hesabla sutkada 436 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb.

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə yük və sərnişin daşıma artıb.

Operativ Media xəbər verir ki, bununla bağlı Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, dəmir yolu nəqliyyatı ilə bu ilin yanvar ayında 1,5 milyon ton yük, 713,7 min sərnişin daşınıb. Ötən ilin yanvar ayı ilə müqayisədə yük daşınmasında 9,6 faiz, sərnişin daşınmasında isə 14,6 faiz artım müşahidə olunub.

Orta hesabla sutkada 436 vaqon yüklənib, 421 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 19,3 min ton, Qərb istiqaməti üzrə 3,2 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.

2024-cü ilin yanvar-dekabr aylarında nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33258,0 min ton olub. Yüklərin 15277,6 min tonu və ya 46,0 faizi dəmir yolu nəqliyyatı, 10090,0 min tonu və ya 30,3 faizi avtomobil nəqliyyatı, 7890,4 min tonu və ya 23,7 faizi dəniz nəqliyyatı ilə daşınıb. Dəhlizlər vasitəsilə daşınmış yüklərin 56,6 faizini və ya 18840,1 min tonunu tranzit yüklər təşkil edib.

iqtisadiyyat.az

Seçilən
12
6
operativmedia.az

10Mənbələr