Demokrat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Diplomatik xidmət haqqında qanun“da əksini tapıb.
Sənədə əsasən, həmin həvəsləndirmə tədbirləri aşağıdakılardır:
təşəkkür elan edilmə;
pul mükafatı;
qiymətli hədiyyə ilə mükafatlandırılma;
fəxri fərman ilə təltif edilmə;
növbəti diplomatik rütbənin vaxtından əvvəl verilməsi;
qüvvədə olan intizam tənbehi tədbirinin vaxtından əvvəl götürülməsi.
Həvəsləndirmə tədbirinin tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəhbəri tərəfindən həyata keçirilir.
Diplomatik xidmət orqanı əməkdaşları fərdi və ya kollektiv qaydada həvəsləndirilə bilərlər.
Diplomatik xidmət orqanı əməkdaşının fərdi həvəsləndirilməsi onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsinə uyğun olaraq, habelə diplomatik xidmət orqanının əməkdaşı tərəfindən vəzifə funksiyaları nümunəvi icra edildikdə, fəaliyyətində yüksək nailiyyətlər əldə olunduqda, mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə həyata keçirilir.
Diplomatik xidmət orqanı əməkdaşlarının kollektiv həvəsləndirilməsi diplomatik xidmət orqanının fəaliyyət istiqamətləri üzrə işlər və ya mühüm tapşırıqlar vaxtında və keyfiyyətlə yerinə yetirildikdə, habelə Azərbaycan Respublikasının bayram günləri ilə və digər əlamətdar hadisələrlə əlaqədar həyata keçirilir.
Diplomatik xidmət orqanı əməkdaşları xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının orden, medal və fəxri adları ilə təltif olunmaq üçün təqdim oluna bilərlər.
10Mənbələr
-
sfera.azAzərbaycanda bu şəxslərə pul mükafatı veriləcək ( 15542919)
-
turkustan.azAzərbaycanda bu şəxslərə pul mükafatı veriləcək ( 15541215)
-
yenisabah.azAzərbaycanda bu şəxslərə pul mükafatı veriləcək ( 15540721)
-
moderator.azBu şəxslərə pul mükafatı veriləcək ( 15539729)
-
demokrat.azBu şəxslərə pul mükafatı veriləcək ( 15539675)
-
referans.azBu şəxslərə pul mükafatı veriləcək ( 15539117)
-
publika.azBu şəxslərə pul mükafatı veriləcək ( 15538443)
-
fed.azBu şəxslərə pul mükafatı veriləcək ( 15537261)
-
dogru.azBəzi dövlət orqanı əməkdaşlarına tətbiq olunacaq həvəsləndirmə tədbirləri – SİYAHI ( 15534003)
-
news24.azBu şəxslərə PUL MÜKAFATI veriləcək ( 15523773)