Gürcüstanın keçmiş Prezidenti Salome Zurabişviliyə də Tbilisi Beynəlxalq Hava Limanında yumurta atılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Russian.rt” məlumat yayıb.
Bildirilib ki, hadisə siyasətçi Münhen Təhlükəsizlik Konfransından qayıdarkən baş verib.
Xatırladaq ki, ötən gün sözügedən konfransdan Tbilisiyə qayıdan ölkənin sabiq Baş naziri Giorgi Qaxariyaya da hava limanında yumurta atılmışdı.