Ermənistan ordusunun ötən gün ölən hərbçisi barədə bəzi məlumatlar açıqlanıb.
Modern.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 17-də saat 09:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın üzərində güllə yarası olan meyiti aşkar edilib.
Ermənistan xəbərinə görə, güllə yarasından ölən əsgər Sevak Hovhannisyan 20 yaşında idi və 2024-cü ilin yayında orduya çağırılıb.
O, əslən Kotayk rayonunun Razdan şəhərindən idi. Ovannisyanın bir qardaşı var.
Sevak Ovhannisyanın ölümü ilə bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılıb.
Bu barədə Ermənistan Respublikası İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan məlumat verib.