AZ

Bakıda 9-cu sinif şagirdi özünü 16-cı mərtəbədən atdı - İmtahana görə


Bakı şəhəri, Nizami rayonundakı 210 saylı orta məktəbin 9-cu sinif şagirdi özünü yaşadığı binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, buna səbəb onun məktəbdə keçirilən imtahanda açağı nəticə göstərməsiolub.

Məsələ ilə bağlı 210 saylı məktəbdən şagirdin vəfat etdiyini təsdiqləsələr də, hadisənin intihar olduğunu təkzib etdilər:

"İntihar etməyib, yalan söhbətdir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər, araşdırma aparılır".

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarat Məmmdov Bakupost.az -a bildirib ki, fevralın 15-də şagird evində vəfat edib:

"Hadisənin səbəbi barədə məlumatımız yoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Həmin şagirdi rayona aparıb dəfn ediblər".

Lalə, BakuPost

Seçilən
22
2
bakupost.az

5Mənbələr