AZ

Agentlik direktoru: Xəzər dənizində külək elektrik stansiyalarının inşası hazırda prioritetdir

Bakı, 18 fevral, AZƏRTAC

Hazırda Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının (KES) tikintisi həyata keçirilir. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığındadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, Xəzər dənizində külək elektrik stansiyalarının inşası hazırda prioritet məsələlərdən biridir.

“Bir çox şirkət KES-lərin inşasına maraq göstərir və bu istiqamətdə danışıqlar davam edir. Növbəti mərhələdə istehsalçının seçilməsi və müqavilələrin bağlanması gündəmdədir”, - deyə C. Abdullayev bildirib.

Seçilən
74
1
azertag.az

2Mənbələr