Azərbaycanla ADB arasında gələcək əməkdaşlığın əsas istiqamətləri açıqlanıb
Azərbaycanla Asiya İnkişaf Bankı (ADB) arasında gələcək əməkdaşlığın əsas istiqamətlərini dayanıqlı, şaxələndirilmiş iqtisadiyyata və yaşıl artıma dəstək, özəl sektorun gücləndirilməsi, insan kapitalının inkişafı, rəqəmsallaşma və iqlim çağırışlarına uyğun biznes həllərinin stimullaşdırılması təşkil edəcək.
“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu barədə müzakirələr ADB-nin Azərbaycandakı Nümayəndəliyinin ölkə üzrə direktoru Sunniya Durrani-Camal ilə keçirdiyi görüşdə aparılıb.
Görüşdə Azərbaycan üçün ortamüddətli dövrdə sosial-iqtisadi inkişaf və investisiyaların təşviqi üzrə prioritetləri və ADB-nin Ölkə Tərəfdaşlıq Strategiyasının (2025-2029) əhatə edəcəyi sahələr nəzərdən keçirilib.
Asiya İnkişaf Bankının (AİB) (@ADB_HQ) #Azərbaycan-dakı Nümayəndəliyinin ölkə üzrə direktoru xanım Sunniya Durrani-Camal ilə keçirdiyimiz görüşdə ölkəmiz üçün ortamüddətli dövrdə sosial-#iqtisadi inkişaf və #investisiya-ların təşviqi üzrə prioritetləri və AİB-nin Ölkə Tərəfdaşlıq… pic.twitter.com/24fW8l90aE