19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının 2-ci seçmə mərhələsində ilk oyununu keçirib.
QOL.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan millimiz Şimali İrlandiya yığması ilə üz-üzə gəlib.
Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan görüş Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya seçməsinə qarşı keçirəcək.
18 fevral
14:30. Şimali İrlandiya (U-19 Qadınlar) - Azərbaycan (U-19 Qadınlar) - 4:0
Baş hakim: Roxana Recorean (Rumıniya)
House of Football Natural Pitch stadionu