AZ

Milli Məclisin spikeri Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Fevralın 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdərəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasınınsədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti iləgörüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə, Belarus Milli Assambleyası RespublikaŞurasının sədri Natalya Koçanova Milli Məclisin plenar iclas zalıilə tanış olub. Sonra iki ölkənin parlament sədrləri arasındatəkbətək görüş keçirilib.

Görüşdən sonra qonaq Heydər Əliyev xatirə zalındakıeksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözləriniyazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş olub.

Belarus parlamentinin sədrini ölkəmizdə salamlamaqdanməmnunluğunu bildirən spiker Sahibə Qafarova onun rəsmi səfərləyanaşı, həm də Asiya Parlament Assambleyasının (APA) 15-ci plenarsessiyasında iştirak etməsini yüksək qiymətləndirib, Azərbaycan vəBelarus arasında münasibətlərin səmimiliyə, etimada və dostluğaəsaslandığını diqqətə çatdırıb.

Bildirilib ki, iki ölkə arasında diplomatik münasibətlərinqurulmasından ötən 32 il ərzində ikitərəfli əlaqələrdə fundamentalənənələr formalaşıb. Münasibətlərin inkişafında iki ölkənin dövlətbaşçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolunuvurğulayan Milli Məclisin sədri ali və yüksək səviyyədə həyatakeçirilən qarşılıqlı səfərlərin və imzalanan 170-dən artıq sənədinəlaqələrin daha da güclənməsinə xidmət etdiyini qeyd edib. SpikerSahibə Qafarova ölkələrimizin beynəlxalq təşkilatlarda uğurluəməkdaşlıq etməsindən, beynəlxalq platformalarda bir-birinəqarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edib.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrə mühüm töhfələrverən parlamentlərarası münasibətlərin mövcud səviyyəsindənrazılıqla danışılıb. Spiker Sahibə Qafarova ötən il BelarusRespublikasına rəsmi səfərini və orada keçirdiyi görüşlərixatırlayaraq, qanunverici orqanlarımızın həm qarşılıqlı əsasda, həmdə beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq etdiyiniqeyd edib. O bildirib ki, Belarus APA-da müşahidəçi statusu alarsa,bu, çoxtərəfli əməkdaşlığa öz müsbət təsirini göstərəcək. SpikerSahibə Qafarova Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmışQoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti vəAzərbaycanda keçirilmiş COP29 ərəfəsində bəzi qüvvələrin ölkəmizəqarşı ədalətsiz münasibəti barədə qonaqlara məlumat verib.

Görüşdə Azərbaycanda və Belarusda keçirilən seçkilərindəqarşılıqlı olaraq nümayəndə heyətlərinin geniş tərkibdə müşahidəçiqismində iştirak etməsindən razılıqla danışılıb.

Ölkəmizə rəsmi səfərə və APA-nın 15-ci plenar sessiyasındaiştiraka dəvətə görə təşəkkürünü bildirən Natalya Koçanova qeydedib ki, iki ölkənin bugünkü əlaqələri illərin sınağından çıxmışqarşılıqlı münasibətlərə əsaslanır.

O, iki ölkənin iqtisadi, ticarət, mədəniyyət və digər sahələrdəəlaqələrinin yüksək səviyyədə olmasından danışaraq, bu baxımdanparlamentlərarası əlaqələrin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.Qonaq Azərbaycanın öz suverenliyini tam bərpa etməsinin Belarusdada sevinclə qarşılandığını deyərək, ötən il və bu il həmAzərbaycanda, həm də Belarusda keçirilən seçkilərinvətəndaşlarımızın ölkə rəhbərliyinə güclü dəstəyinin ifadəsiolduğunu diqqətə çatdırıb.

Natalya Koçanova Azərbaycanla münasibətlərə böyük önəmverdiklərini və bu münasibətləri daha da inkişaf etdirmək əzmindəolduqlarını bildirib. Qonaq Belarusun Asiya ParlamentAssambleyasında müşahidəçi statusu almağa namizədliyinə verdiyidəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib və butəşkilat çərçivəsində müzakirə olunan məsələlərin əhəmiyyətindəndanışıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında dafikir mübadiləsi aparılıb.

Milli
Milli
Milli
Milli
Məqalədə:
Seçilən
70
10
az.trend.az

10Mənbələr