AZ

Robotlar Marsa uçacaq Mask konkret tarix açıqladı

Amerikalı milyarder İlon Mask Marsa süni intellektə malik robotlar göndərmək istəyir. Medianews.az xəbər verir ki, bundan öncə məşhur sahibkar bir neçə onilliklərdən sonra Mars planetində özünü təmin edən şəhərin yaradılacağını təklif etmişdi.

İlon Mask Marsa süni intellektli robotları 2026-cı ilin noyabrında göndərmək niyyətindədir və bu barədə o, “X” sosial şəbəkəsində yazıb. Mask izah etməyə çalışıb ki, Yer kürəsi ilə Marsın arasında səyahət 26 ayda bir dəfə mümkün ola bilər. “Əgər hər şey çox yaxşı olarsa, “SpaceX” avtonom robotlar və süni intellekt “Grok” ilə birlikdə Marsa yenə də özünün ulduz gəmilərini göndərəcək” – deyə amerikalı milyarder qeyd edib.

Xatırladaq ki, 2024-cü ildə də İlon Mas, “Starship” kosmik gəmisinin maksimum iki ildən sonra Marsa ilk pilotsuz uçuşunu həyata keçirəcəyini, üstəlik, hər dörddə bir insanla uçuş edəcəyini açıqlamışdı. Məhz bu səbəbdən sahibkar özü təklif etmişdi ki, eniş uğurlu olarsa, dörd ildən sonra Marsa ilk insan uçuşlarının həyata keçirilməsi planlaşdırıla bilər.

Maskın açıqlamasında xüsusi vurğulanır ki, növbəti mərhələ Marsda özünü təmin edən şəhərin yaradılması olacaq.

Seçilən
56
medianews.az

1Mənbələr