İraqın Səlahəddin vilayətində türk dilinə rəsmi status verilib.
Milli.Az xəbər verir ki, qərar Tuzla vilayətinin şura üzvünün təklifi əsasında qəbul edilib və bundan sonra yerli hakimiyyət orqanlarının rəsmi sənədlərində və qeydlərində türk dilindən istifadə olunacaq.
Qeyd edək ki, İraq türkmənləri İraqın şimal-şərqində və mərkəzində yaşayan türk xalqıdır.
Türkmənlər İraqda ərəblər və kürdlərdən sonra üçüncü ən böyük xalqdır. /Lent.az
Milli.Az