AZ

Dünya Kuboku: Ölkəmizi təmsil edəcək idman gimnastları müəyyənləşib

Azərbaycanı Almaniyanın Kotbus şəhərində təşkil olunacaq Dünya Kubokunda təmsil edəcək idman gimnastlarının adlarına aydınlıq gəlib.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Ölkəmizi beynəlxalq turnirdə məşqçilər Eldar Səfərov, Ruslan İrqaşev və Olqa Barkalavanın rəhbərliyi altında Rəsul Əhmədzadə, Nikita Simonov, İvan Tixonov, Murad Ağarzayev, Nazənin Teymurova və Dəniz Əliyeva təmsil edəcək.

Rza Əliyev, Əhməd Ağayev və Anjella Abdullayeva isə hakim kimi fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Dünya Kuboku fevralın 20-23-də baş tutacaq.

Seçilən
92
7
cbcsport.az

10Mənbələr