AZ

“Aİ ABŞ olmadan da Rusiyaya müqavimət göstərməyə hazırdır” - Avropa Parlamentinin sədri

“ABŞ kollektiv təhlükəsizliyə töhfəsini azaltmağa qərar verərsə, Avropa Çin və ya Rusiyadan gələn təhdidlərə müstəqil şəkildə müqavimət göstərməyə hazırdır”.

Missiya.Az xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Roberta Metsola “RBC-Ukrayna”ya müsahibəsində deyib.

O bildirib ki, müdafiəmizi və təhlükəsizliyimizi gücləndirmək bizim əsas prioritetimizdir.

Onun sözlərinə görə, son illərdə Avropa İttifaqı (Aİ) birgə müdafiə xərclərini 30% artırıb və əhəmiyyətli irəliləyiş əldə edib. 

Metsola qeyd edib ki, Aİ-nin əsl problemi parçalanmadır, bu isə daha yüksək xərclər və səmərəsizlik deməkdir. 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
7
missiya.az

1Mənbələr