AZ

Azərbaycan hər zaman səmərəli və inklüziv çoxtərəfli sistemin güclü tərəfdarı olmuşdur - Sahibə Qafarova

Bakı. Trend:

Beynəlxalq siyasətdə və dünyada mövcud vəziyyəti nəzərə alsaq,çoxtərəfli əməkdaşlıq məsələsi heç vaxt indiki qədər aktualolmayıb.

Trend xəbərverir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya ParlamentAssambleyasının 15-ci Plenar Sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün dünyamızın üzləşdiyi humanitarböhranlar, münaqişələr, yoxsulluq, iqlim dəyişikliyi,ayrı-seçkiliyin artması, irqçilik, ksenofobiya və islamofobiya kimiproblemlər və onların öhdəsindən necə gəlmək məsələsi müasirbeynəlxalq münasibətlər sisteminin səmərəliliyi məsələsini gündəməgətirir. Spiker Sahibə Qafarova Azərbaycanın bu problemlərəmünasibətdə mövqeyi barədə məlumat verərək, deyib ki, beynəlxalqhüququn bütün norma və prinsiplərinə, beynəlxalq təşkilatlarınqətnamə və qərarlarına baxmayaraq, beynəlxalq səviyyədə tanınmışəraziləri 30 il ərzində qonşusu Ermənistanın işğalı altında qalanAzərbaycan təəssüf ki, bugünkü sistemin səmərəsizliyinin əsasqurbanlarından biri olmuşdur. Azərbaycan bütün bu normaları,prinsipləri və qətnamələri təkbaşına öz ərazilərini azad etməklə,ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə həyatakeçirmişdir.

Milli Məclisin sədri çıxışında vurğulayıb ki, AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, hazırdadünyanın həqiqətən ehtiyacı olan beynəlxalq öhdəliklərə tamhörmətdir. Beynəlxalq hüququn norma və prinsiplərinə əməledilməməsi, ikili standartların və selektiv yanaşmaların tətbiqi,dövlətlərin daxili işlərinə qarışma bu gün üzləşdiyimiz bütünziddiyyətlərin və gərginliyin əsas mənbəyi olmuşdur. Bu mənfitendensiyanın aradan qaldırılmasının, dünyada sülhə, sabitliyə vəfiravanlığa nail olmağın ən etibarlı yolu çoxtərəfli sistemingücləndirilməsidir. Spiker deyib ki, Azərbaycan hər zaman buprinsiplərə uyğun olaraq səmərəli və inklüziv çoxtərəfli sistemingüclü tərəfdarı olmuşdur. Ölkəmizin Qoşulmama Hərəkatında 4 illiksədrliyi, bu müddət ərzində Hərəkatın institusional inkişafıistiqamətində fəal iş aparması və üzv dövlətlər arasında dialoq,əməkdaşlıq və həmrəyliyi təşviq etməsi bu yanaşmanın əyanitəzahürüdür.

Məqalədə:
Seçilən
21
3
az.trend.az

4Mənbələr