Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankın (AMB) “Dayanıqlı Maliyyə üzrə YolXəritəsi: 2023-2026”nın əsas sütunlarından biri dayanıqlı maliyyəaxınları üçün ekosistemin formalaşdırılmasıdır. Bu istiqamətdəMərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yaşıl və dayanıqlılıqlaəlaqəli kreditlər üzrə təlimat” təsdiq edilib.
Trend-ə bubarədə AMB-dən məlumat verilib.
Məlumata görə, təlimatın əsas məqsədi yaşıl və dayanıqlılıqlaəlaqəli kreditləşmənin formalaşdırılmasını və təşviqini təminetməkdir. Təlimat beynəlxalq maliyyə bazarlarında geniş istifadəolunan “Green Loan Principles“ və “Sustainability-Linked LoanPrinciples” nəzərə alınmaqla hazırlanıb. Sənəd yaşıl vədayanıqlılıqla əlaqəli kreditlərin verilməsi üzrə kredittəşkilatları üçün tövsiyələri müəyyən edir.
Təlimat kredit təşkilatlarının yaşıl və dayanıqlılıqla əlaqəlikredit portfelinin idarə edilməsi ilə bağlı daxili siyasət vəqaydalarının hazırlanması və bütövlükdə idarəetmə çərçivəsininmüəyyənləşdirilməsi üzrə tövsiyələri əhatə edir.
“Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”sənədini aşağıdakı link üzərindən nəzərdən keçirmək mümkündür:
https://uploads.cbar.az/assets/bac813a8cef6b067a93593180.pdf