AZ

Kanada XİN: "Avropa liderləri hələ Trampın nə etmək istədiyinin fərqində deyil" - "Heç vaxt ABŞ-ın müstəmləkəsi olmaycağıq"

Kanadanın xarici işlər naziri Melani Coli ABŞ prezidenti Donald Trampın ölkəsinə qarşı təhdidlərinə dirənmək üçün Avropadan gərəkli dəsətyi görə bilmədiklərini bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Fransa, Almaniya və Belçikaya səfərinin yekunları ilə bağlı onlayn mətbuat konfransında söz açıb.

XİN başçısı bildirib ki, avropalı həmkarları ilə söhbətlərindən onların hələ də Trampın nə istədiyini, nə plandaığınn fərqində olmadıqlarına əmin olub: "Hətta bir çoxu ABŞ və Kanada arasında baş verənlərdən belə xəbərsiz idi. İnanırsınızmı? Bu, sadəcə, heyrət doğurur"

Nazir deyib ki, avropalılar ABŞ prezidenti Donald Trampın Kanadanı "ilhaq etmək" və ya onun iqtisadiyyatını tariflərlə "boğmaq" təhdidlərinə qarşı səslərini yüksəltəməlidir: "Mən bu məqsədlə Avropaya səfər etdim. Onlara nələrin baş verdiyini tam olaraq izah etmək gərəkdirdi. Bəli,  Trampın əsassız tarif təhdidlərinə qarşı hər hansı cavabla yanaşı, milli təhlükəsizliyimizi və suverenliyimizi birlikdə müdafiə edəcəyimizə əmin olmaq üçün Avropadaydım. Lakin dediyim kimi, göpzləmdəiyim mənzərə ilə qarşılaaşıdm. Ümid edirəm ki, avropalı dostlaırmız izahatdan nəticə çıxaracaqlar".

XİN başçısı bir daha ABŞ-ın tələblərinə boyun əyməyəcəklərini təkrarlayıb və bildirib ki, istənilən addıma cavab veriləcək: "Trampın Kanadanın ölkəsinin 51-ci əyaləti sayması qəbulolunmazdır. Bu, heç vaxt olmayacağıq. Kanada və biz heç vaxt müstəmləkə olmayacağıq”.

Lamiyə Əhmədli
MİA.AZ

 

Seçilən
202
50
mia.az

10Mənbələr