
AFFA Misli Premyer Liqasının son turunda "Neftçi" - "Qarabağ" matçında baş verənlərə görə hər iki kluba cəzalar kəsib.
Reyting.az xəbər verir ki, bu barədə qərar qəbul olunub.
Qərarda deyilir:
- 16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilsin (maddə 52.1);
- 16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Neftçi” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);
16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilsin (maddə 37);
- 16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununun 22-ci dəqiqəsində “Qarabağ” klubunun 81 nömrəli futbolçusu Kevin Medina ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalansın, “Qarabağ” klubu 1500 manat cərimə edilsin (maddə 39.1);
- 16 fevral 2025-ci il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Qarabağ” klubu 1000 manat cərimə edilsin (maddə 43.7);