AZ

Rusiyaya qarşı 16-cı sanksiya paketi təsdiqləndi

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin daimi nümayəndələri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiqləyiblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, yeni məhdudiyyətlər paketinə ilkin alüminiumun idxalına qadağa daxildir.

Macarıstanın xarici işlər naziri Peter Szijjarto bildirib ki, 16-cı sanksiyalar paketi Budapeştə Rusiya neft və neft məhsullarından istifadə sahəsində istisnalar nəzərdə tutur.

Məhdudiyyətlər Aİ-nin Rusiyanın kölgə donanmasının bir hissəsi hesab etdiyi daha 73 gəmiyə şamil ediləcək. 

Daimi nümayəndələr tərəfindən təsdiqləndikdən sonra yeni paket Aİ ölkələrinin liderləri tərəfindən təsdiqlənməlidir.

Seçilən
36
operativmm.az

1Mənbələr