AZ

Yaponiya Trampın iqtisadiyyatına vurduğu zərbələrdən qorxur - ÖZƏL

ABŞ prezidenti Donald Trampın məhsullara 25 faizlik gömrük rüsumları tətbiq etməsindən sonra Yaponiya ABŞ-ın avtomobillərinə tətbiq etdiyi rüsumlar məsələsini gündəmə gətirib . 

Olaylar.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .

Qeyd olunur ki, Ağ Evin bu cür addımları Yaponiya iqtisadiyyatına ciddi təsir göstərə bilər. Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi bildirib ki, Tokio ABŞ hökuməti ilə danışıqlarda bu məsələni qaldırıb. Bundan əlavə, xarici işlər naziri Takeşi İwaya həmkarı Marko Rubio ilə vəziyyəti müzakirə edib . Eyni zamanda, Yaponiya Trampın yeni tariflərindən azad edilməsini istəyib. Bununla belə, Tokionun yapon avtomobillərini bu tariflərdən azad edə biləcəyi hələlik məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
72
49
olaylar.az

10Mənbələr