AZ

Ermənistan milli təhlükəsizlik strategiyasını yenidən nəzərdən keçirir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasının yenidən işlənməsi üçün hökumətlərarası komissiyanın yaradılması barədə sərəncam imzalayıb. Komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək. Onun tərkibinə nazir müavinləri, güc strukturlarının rəhbərləri, habelə parlamentin müdafiə və xarici əlaqələr üzrə komissiya sədrləri daxil olacaq.

Milli təhlükəsizlik strategiyasının dəyişdirilməsi planı Paşinyan tərəfindən 28 yanvarda elan edilmişdi. Xatırladaq ki, hazırkı strategiya 2020-ci ildə qəbul edilib. Sənəddə ermənilərin öz ölkələrinin qürurlu vətəndaşları olduğu, Üçüncü Ermənistan Respublikasını quran və Qarabağı (Artsax) azad edən xalqın varisləri olduğu vurğulanır.

Strategiyada həmçinin, Ermənistanın Qarabağ ermənilərinin təhlükəsizliyinin və azadlığının təminatçısı kimi çıxış etdiyi və bütün dünya ermənilərinin maraqlarını təmsil etdiyi qeyd olunur. Sənəd, erməni xalqının tarixi çətinlikləri aşaraq daha güclü və qüdrətli hala gəldiyini bildirir. Gənosid (soyqırımı) keçmişini yaşayan ermənilərin öz müstəqil dövlətlərini bərpa etmələrinin məhz bu tarixi şüurun nəticəsi olduğu vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
2
olaylar.az

5Mənbələr