Milli təhlükəsizlik strategiyasının dəyişdirilməsi planı Paşinyan tərəfindən 28 yanvarda elan edilmişdi. Xatırladaq ki, hazırkı strategiya 2020-ci ildə qəbul edilib. Sənəddə ermənilərin öz ölkələrinin qürurlu vətəndaşları olduğu, Üçüncü Ermənistan Respublikasını quran və Qarabağı (Artsax) azad edən xalqın varisləri olduğu vurğulanır.
Strategiyada həmçinin, Ermənistanın Qarabağ ermənilərinin təhlükəsizliyinin və azadlığının təminatçısı kimi çıxış etdiyi və bütün dünya ermənilərinin maraqlarını təmsil etdiyi qeyd olunur. Sənəd, erməni xalqının tarixi çətinlikləri aşaraq daha güclü və qüdrətli hala gəldiyini bildirir. Gənosid (soyqırımı) keçmişini yaşayan ermənilərin öz müstəqil dövlətlərini bərpa etmələrinin məhz bu tarixi şüurun nəticəsi olduğu vurğulanır.